Dünya

“Taliban”dan manekenlərlə bağlı qadağa

31 Dekabr 2021 20:50
0 Şərh     Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu yaxınlarda Əfqanıstanda qadınların təkbaşına səyahətinə qadağa qoyan "Taliban" mağazalarda manekenlərin "başını kəsmək" qərarı verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Mənəvi Təbliğ və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi və Herat vilayətində yerli "Taliban" administrasiyası tərəfindən açıqlanan qərarda bildirilib.

Heratdakı nazirlik rəsmisi Əziz Rəhman manekenləri "heykəllər" kimi təsvir edib və bu manekenlərin bütləşdirilə biləcəyini deyib.

Mağazaların etirazlarına baxmayaraq, nazirlik əməkdaşı manekenlərin "başının kəsilməsini" əmr edib və əmrə əməl olunmayacağı təqdirdə ciddi cəzaların veriləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.