Dünya

Ermənistan itkilərinin yeni sayını açıqladı

29 Dekabr 2021 14:18
1 Şərh     Baxış: 2 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın İstintaq Komitəsi Qarabağda 44 günlük müharibə zamanı bu ölkə tərəfdən ölənlərin yeni sayını açıqlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2021-ci il dekabrın 24-nə olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfər ölüb.

Səhiyyə naziri Anait Avanesyanın sözlərinə görə, bəzi cəsədlərin şəxsiyyətini Ermənistanda təyin etmək mümkün olmayıb. Həmin cəsədlər DNT analizi üçün xarici ölkələrə göndərilir.

İstintaq Komitəsi bu günə qədər şəxsiyyətini müəyyən etmək mümkün olmayan cəsədlərin sayını açıqlamayıb və bunun istintaq sirri olduğunu qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.