Dünya

Azərbaycanlı kriminal avtoritet qətlə yetirildi - FOTO

29 Dekabr 2021 11:13
0 Şərh     Baxış: 5 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı kriminal avtoritet Nazir Əliyev Ukraynanın Odessa şəhərində qətlə yetirilib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Dumskaya" nəşri yayıb. Məlumata görə, insident dekabrın 28-i Odessada "Arena" adlı bilyard klubunda baş verib.

İlkin məlumata görə, Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşı Nazir Əliyevə atəş açaraq onu qətlə yetirib. Ş. Quliyev şübhəli şəxs qismində saxlanılıb. 

Qeyd olunur ki, Nazir Əliyev "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əhatəsində olan şəxslərdəndir. Nazir Əliyevin Lotu Quli qətlə yetirilərkən yanında olduğu da iddia edilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.