Dünya

Londonda Yeni il şənliyi ləğv edildi, teatrlarda tamaşalar dayandırıldı

23 Dekabr 2021 20:00
0 Şərh     Baxış: 484
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada artan COVID-19 hadisələri səbəbindən paytaxt Londonda Yeni il şənliyi ləğv edilib, teatrlarda tamaşalar dayandırılıb.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Trafalgar Meydanında keçirilməsi planlaşdırılan tədbiri ləğv etmək qərarına gəldiklərini açıqlayan London meri Sadiq Xan söyləyib ki, "Bu, bir çox londonlu üçün çox məyusedici xəbər olacaq, lakin virusun yayılmasının qarşısını almaq üçün düzgün addımlar atmalıyıq".

O, bunun əvəzinə Yeni ilin gəlişinin canlı yayımla qeyd ediləcəyini açıqlayıb.

O, virusun "Omikron" variantının yayılmasını yavaşlatmaq üçün əllərindən gələni etməyə qərarlı olduqlarını bildirib.

Digər tərəfdən Londonda məşhur teatrlar öz tamaşalarını ləğv etməyə başlayıblar. Teatrlardan verilən açıqlamalarda işçilər arasında COVID-19-a yoluxma hallarının olduğu və bu vəziyyətin onları fasilə verməyə məcbur etdiyi bildirilib.

Qeyd edək ki, Britaniyada yoluxma hallarının sayı 90 mini keçərək pandemiya ərzində ən yüksək gündəlik saya çatdıqdan sonra, mer Sadiq Xan Londonda fövqəladə vəziyyət elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.