Dünya

Deputatdan təklif: Pedofillər üçün ölüm hökmü tətbiq edilsin

23 Dekabr 2021 17:24
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

RF Dövlət Dumasının "Vahid Rusiya"dan olan deputatı Sultan Həmzəyev bir sıra cinayətkarlar üçün ölüm hökmünün tətbiqini təklif edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Həmzəyev bildirib ki, yetkinlik yaşına çatmayanların zorlanmasına görə əvvəllər məhkum olunmuş pedofillərin ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. O əlavə edib ki, belə cinayətkarlar daha ​​da sərt məsuliyyət daşımalıdırlar.

"Bir şey dəqiqdir. Belə cinayətə qadir olanlar daha yüksək müddətə yox, ölüm cəzasına layiqdirlər", - deyə deputat vurğulayıb.

Siyasətçi əlavə edib ki, Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi qanun yalnız "pedofillər-təkrar cinayət törədənlər" üçün cəza nəzərdə tutur.

"Ancaq mən hesab edirəm ki, hər bir belə cinayətkar birinci cinayətdən dərhal sonra maksimum cəza almalıdır. Düşünürəm ki, cəzanın dərəcəsini sistemli şəkildə artırmaq düzgün olardı", - deyə o yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.