Dünya

"Omikron" tezliklə Avropada dominant ştama çevriləcək - ÜST

22 Dekabr 2021 09:30
0 Şərh     Baxış: 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun "omikron" ştamı yaxın həftələrdə bir çox Avropa ölkələrində dominant olacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge deyib.

"Biz daha bir fırtınanın yaxınlaşdığını görürük. Bir neçə həftə ərzində "omikron" Avropanın bir çox ölkələrində dominant olacaq və səhiyyə sistemlərini uçurumun astanasına yaxınlaşdıracaq", - Klüge bildirib.

ÜST rəsmisi əlavə edib ki, "omikron" Avropada 53 ölkədən 38-də müəyyən edilib. Ştam Böyük Britaniya, Danimarka və Portuqaliyada üstünlük təşkil edir.

Qeyd edək ki, son bir həftə ərzində Avropada 2,6 milyon yoluxma halı aşkarlanıb. Bu isə əvvəlki həftə ilə müqayisədə 40% çoxdur.

"Omikron" ştamının simptomları öskürək, boğaz ağrısı və qızdırma ilə müşayiət olunur. Bu ştam ən çox 20-30 yaşlı insanlarda aşkarlanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.