İdman

“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA reytinqində irəli çəkdi

17 Sentyabr 2025 09:43
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Avropa futbolunda daha bir uğura imza atıb. Ölkəmiz UEFA-nın klub əmsalları cədvəlində mövqeyini yaxşılaşdırıb.

Milli.Az xəbər verir ki, bu irəliləyiş birbaşa "Qarabağ"ın Çempionlar Liqasındakı tarixi nəticəsi ilə bağlıdır. Ağdam təmsilçisi turnirin əsas mərhələsinin ilk oyununda  "Benfika"nı səfərdə 3:2 hesabı ilə məğlub edib. Bu qələbə Azərbaycanın UEFA reytinqinə əlavə olaraq 0.500 xal qazandırıb.

Beləliklə, ölkəmizin ümumi əmsalı 21.500-ə yüksəlib. Bu nəticə ilə Azərbaycan Slovakiyanı geridə qoyaraq UEFA reytinqində 25-ci pilləyə qalxıb.

Hazırda siyahıda 24-cü yerdə qərarlaşan Serbiyanın 22.125 xalı var. Bu isə o deməkdir ki, "Qarabağ"ın Avropadakı uğurlu çıxışını davam etdirməsi halında Azərbaycan daha bir pillə irəliləyərək Serbiyanı da keçə bilər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.