Dünya

“Qadınlara şiddət şeytani problemdir” - Roma Papası

21 Dekabr 2021 08:42
0 Şərh     Baxış: 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Katolik Kilsəsinin lideri Papa Fransisk qadınlara qarşı zorakılığı şeytani bir problem kimi qiymətləndirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Roma Papası İtaliyada yayımlanan "Canale 5" Televiziyasında "görünməz" olaraq xarakterizə edilən dörd nəfərlə görüşündə qadınlara şiddətlə bağlı açıqlamalar verib.

Papa ilə söhbət edən bu insanlar arasında zorakılığa məruz qalaraq evdən qaçan dörd uşaq anası Giovanna adlı qadın da olub. Papaya pandemiya səbəbindən evini və işini itirdiyini deyən Giovanna, "Ləyaqətimizi necə qaytara bilərik?", - deyə sual verib.

"Siz ləyaqətinizi itirməmisiniz. Siz müqavimət dərsi verirsiniz", - deyə Papa suala cavab verib.

O, ailədaxili şiddətə məruz qalan qadınların sayının çox olduğunu vurğulayıb: "Məncə, bu, az qala şeytani bir problemdir. Çünki bu, özünü müdafiə edə bilməyən, ancaq özünü müdafiə etməyə çalışa bilən birinin zəifliyindən istifadə etməkdir".

Papa həmçinin uşaqlara qarşı zorakılığın da alçaldıcı olduğunu deyib:

"Bir ata və ya ananın uşağın üzünə şillə vurması alçaldıcıdır. Bunu həmişə deyirəm, heç vaxt üzünə şillə vurmayın. Çünki insanın üzü ləyaqətdir".

Qeyd edək ki, Katolik Kilsəsinin lideri pandemiyanın başlanğıcından bəri dəfələrlə qadınlara zorakılığa qarşı mesajlar verib. Sonuncu dəfə 25 noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə sosial şəbəkədə, "Bir çox qadınların məruz qaldığı müxtəlif pis rəftarlar kişilər və bütün insanlıq üçün qorxaqlıqdır, alçaldıcıdır" mesajını paylaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.