Türkiyədə və Orta Şərqdə kifayət qədər fanat kütləsi olan aktrisa Meryem Uzerli İstanbulda Dubay şirkətinin layihəsinin təqdimatında iştirak edib.
Milli.Az "posta"ya istinadla bildirir ki, tədbirdə ona "Bu layihədən ev alsanız Jennifer Lopez, Cristiano Ronaldo və Neymarla qonşu olacaqsınız" deyiləndə məşhur aktrisanın cavabı sosial mediada gündəm olub.
Meryem jurnalistlərin sualına belə cavab verib:
"Onlar da bizim kimi insan. Su içirlər, tualetə gedirlər."
Səmimi və bir qədər gözlənilməz açıqlaması ilə Uzerli qısa zamanda gündəmin ən çox müzakirə olunan adlarından birinə çevrilib.
İsmayıl
Milli.Az