Dünya

Qeyri-adi xəstəlik SÜRƏTLƏ YAYILIR: soyuq əşyaya belə reaksiya verir...

19 Dekabr 2021 22:14
1 Şərh     Baxış: 1 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada qeyri-adi xəstəlik - soyuğa qarşı allergiya daha tez-tez yayılmağa başlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Moskva 52 saylı Şəhər Klinik Xəstəxanasının Şəhər Allerqologiya və İmmunologiya Mərkəzinin mütəxəssisi Natalya Maltseva deyib. O, belə halların sayının kəskin artmasından danışıb.

Onun sözlərinə görə, hətta Afrikada insanlar soyuq ürtikerdən - dəridə müxtəlif ölçülü blisterlər şəklində səpgilərdən əziyyət çəkirlər:

"Soyuğa qarşı allergiya vəziyyətində, bir insanın bədəni aşağı temperatura və ya soyuq əşyaya belə reaksiya verir. Bu, yalnız qışda deyil, yayda da baş verə bilər. Allergiyanın daha nadir təzahürləri dermatit və ya axan burundur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.