Dünya

Qarsda avtobus aşdı - 3 ölü, 10 yaralı - FOTO

18 Dekabr 2021 22:22
0 Şərh     Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə Qars-Ərzurum avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində üç nəfər ölüb, üçü ağır olmaqla, 10 nəfər yaralanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunun Mescitli kəndi ərazisində aşıb.

Hadisə yerinə çoxlu sayda AFAD, jandarma, təcili yarım və xilasedicilər cəlb edilib.

Qars valisi Türker Öksüz qəzadan dərhal sonra bütün qrupların bölgəyə yönəldildiyini bildirib.

Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.