Dünya

“Ermənistanda səfirlik açmırıq, xüsusi nümayəndə təyin edirik” - Mövlud Çavuşoğlu

14 Dekabr 2021 08:33
2 Şərh     Baxış: 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Türkiyənin Ermənistanda səfirlik açacağı haqqında yanlış anlaşılma olub. Mən son çıxışımda belə bir fikir səsləndirmədim".

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində 2022-ci ilin plan və büdcə müzakirələri zamanı millət vəkillərinin sualların cavablandırarkən bunu bildirib.

M.Çavuşoğlu deyib ki, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: "Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq.".

Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasını tərcih edərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür: "Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.