Dünya

Omicron” ştamı “Delta”dan daha sürətlə yayılır - ÜST:

14 Dekabr 2021 08:03
0 Şərh     Baxış: 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əldə olan məhdud həcmdə məlumat koronavirusun "omicron" ştamının "delta" variantından daha sürətlə yayıldığını göstərir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında deyilir. Qeyd olunur ki, "delta" variantının az yayıldığı Cənubi Afrikada da, "delta"ya yoluxmaların çox olduğu ölkələrdə də "omicron" daha sürətlə yayılır. İlkin məlumatlar həmçinin yeni ştamın vaksinlərin effektivliyini azaltdığını deməyə əsas verir. "Delta" ştamı ilə müqayisədə virusun bu ştamına yoluxma zamanı xəstəliyin əksər hallarda daha yüngül keçdiyi müşahidə edilir. Bununla belə, qurum əlavə məlumatlara ehtiyac olduğu qənaətindədir. İndiyədək "omicron"a yoluxmalar 64 ölkədə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.