Dünya

Çində "omikron" ştamına ilk yoluxma aşkarlanıb

13 Dekabr 2021 22:40
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin materik hissəsində COVID-19 virusunun "omikron" ştamına ilk yoluxma qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xaricdən Tiencin şəhərinə gələn sərnişinlərdən birinin koronavirusun "omikron" ştamına yoluxması aşkarlanıb. Bildirilir ki, həmin şəxsdə xəstəlik əlamətləri olmasa da, analizlər nəticəsində onun "omikron"a yoluxduğu məlum olub. Hazırda o, təcrid olunaraq, tibbi nəzarətə götürülüb.

Qeyd edək ki, COVID-19 virusunun daha yoluxucu olduğu güman edilən "omikron" ştamına indiyədək 60-dan çox ölkədə yoluxma aşkarlanıb, Böyük Britaniyada bu ştamdan ölüm halı qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.