Dünya

Ermənistanda daha 17 nəfər koronavirusdan ölüb

13 Dekabr 2021 14:25
0 Şərh     Baxış: 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda son sutkada daha 66 nəfərdə COVID-19 aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 604-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 17 nəfər artaraq 7 819-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 477 nəfərdir. İndiyədək 325 832 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 476 aktiv koronavirus xəstəsi var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.