Roma Papası Fransisk Ukrayna xalqına dəstəyini ifadə edərək, ölkə ətrafında yaranmış gərginliyi beynəlxalq dialoq yolu ilə həll etməyə çağırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Mən əziz Ukrayna, onun bütün kilsələri, dini icmaları və xalqı üçün dualar etmək istərdim ki, hazırkı gərginlik silahlar vasitəsilə deyil, ciddi beynəlxalq dialoq yolu ilə həll olunsun", - deyə pontifik Vatikandakı Apostol sarayının pəncərəsindən etditi ənənəvi müraciəti zamanı bildirib.
"Bu yaxınlarda öyrəndiyim statistika məni çox kədərləndirdi. Bu il ötən ilə nisbətən daha çox silah istehsal olunub. Silahlarlar çıxış yolu deyil. Qoy bu Milad bayramı Ukraynaya sülh gətirsin", - o, əlavə edib.
Milli.Az