Dünya

Hədəf İranın 4 nüvə obyektidir - İsrail hərəkətə keçdi

11 Dekabr 2021 19:19
1 Şərh     Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təl-Əviv İrana hücum planı hazırlayıb və əsas plan 4 nüvə obyektinə hədəflənib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu iddia ilə İsrailin N12 kanalı çıxış edib.

Hərbi mənbələrə əsaslanan xəbərdə İsrail təhlükəsizlik qüvvələrinin İranın İsfahan, Arak, Fordo və Natanz nüvə obyektlərinə qarşı hava əməliyyatı həyata keçirəcəyi, hücumlarda 100-dən çox təyyarənin istifadə ediləcəyi və bu səbəbdən İsrail radar sistemlərinin nüvə obyektlərini yaxından izlədiyi bildirilir.

İsrailin İrana hücuma hazırlaşmaq üçün Yunanıstan, İtaliya və İngiltərədə təlim mərkəzləri yaratdığı da bildirilib. Ötən gün İsrail ordusunun İranın nüvə obyektlərinə qarşı mümkün hücum ssenarisi çərçivəsində Aralıq dənizində, Yunanıstanın hava məkanında tarixinin ən böyük hərbi təlimlərindən birini keçirəcəyi məlum olub.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden nüvə danışıqlarının davam etdiyi Tehran administrasiyası ilə diplomatik yolların qapanması halında İrana qarşı başqa variantları nəzərdən keçirməyi tapşırdığını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.