Dünya

Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb

1 Dekabr 2021 16:36
0 Şərh     Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın qəhvə bazarında vəziyyətin 2022-2023-cü illərdə çətin olacağı gözlənilir.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda qəhvənin dekabr fyüçersləri 2,34 USD/pound səviyyəsinə çatıb. Bu da son 10 ilin ən yüksək həddidir. Bunun səbəbi tədarük zəncirlərinin qırılması, əlverişsiz havalar və tarlalarda çətin vəziyyətlə bağlıdır.

Bu il Braziliya qəhvə tarlalarının çoxdandır görülməmiş şaxta və quraqlıqdan ziyan çəkməsi bu məhsulun bahalaşmasına təkan verib. Həmçinin Vyetnamda koronavirusa yoluxmaların artması, Efiopiyanın isə daxili müharibə astanasında olması da bazardakı vəziyyətə böyük təsir göstərir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.