Hava

Bakıda güclü külək nə vaxt səngiyəcək? - AÇIQLAMA

11 Noyabr 2021 09:46
0 Şərh     Baxış: 2 263
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək".

Milli.Az xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq: "Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək".

O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək: "Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq".

G.Məmmədova əlavə edib ki, noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.