Hava

Həftəlik HAVA proqnozu açıqlandı

13 Aprel 2021 11:06
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublika ərazisində bu həftə ərzində hava şəraiti mülayim keçəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi media tur çərçivəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıları kəsilməsi gözlənilir:

"Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakıvə Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəxi günlərdə iqlim norma göstərici lıərindən 7-9 dərəcə yüksəlib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.