İstilərlə bağlı əhaliyə müraciət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.
Müraciətdə bildirilib:
"İsti və quru hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin isti havalardan qorunmaq üçün məişət cihazlarına (kondisioner və s.) tələbatın artması elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır".
FHN bununla əlaqədar əhaliyə müraciət edərək yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
"Belə ki,
əkin sahələrində, xırmanlarda, ot tayaları yığılan yerlərdə və onların yaxınlığında açıq oddan istifadə etməyin və siqaret çəkməyin;
nasaz kənd təsərrüfatı texnikalarını əkin sahələrində istismar etməyin;
sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmayın;
siqaret kötüyü və kibriti tam söndürülməmiş atmayın;
fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətlərini quru ot və tullantılardan vaxtaşırı təmizləyin;
təbiət qoynunda tonqal qalayarkən bunun üçün xüsusi hazırlanmış yer, yaxud köhnə tonqalın yerini, quru ot, kol-kos, ağac və ağac qırıntılarının olmadığı açıq sahəni seçin, ətrafını 0,5-1 metr radiusda otlardan təmizləyin və tonqalı nəzarətsiz qoymayın;
tonqalın tam söndüyünə əmin olmadan ərazini tərk etməyin - tonqal əvvəlcə su ilə söndürülməli, sonra isə üstü torpaqla örtülməlidir;
küləkli havada tonqal qalamayın;
yadda saxlayın ki, meşə sahələrində tonqalların qalanması qadağandır;
elektrik mənşəli yanğınların qarşısının alınması üçün evlərdə və iş yerlərində elektrik şəbəkəsi çox yüklənməməli, elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyəti yoxlanılmalı, profilaktik sınaqlar keçirilərək aşkar edilmiş qüsurların təmir olunması təmin edilməlidir", - deyə məlumatda qeyd edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir? - (Foto)
-
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılan var (Foto-Video)
-
Atası 26 il sonra oğlu kimi qəbul etdi - Belçika şahzadəsi oldu
-
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirib
-
İranlı gənc qızların Van gölü ətrafındakı əyləncəli anları diqqət çəkdi – (Video)
-
39 yaşlı kişi maşında öldü
-
DİN-də işləmək istəyənlərin nəzərinə
-
Səhiyyə Nazirliyindən Samuxdakı qarayara ilə bağlı açıqlama
-
Mert Demir konsertini yarımçıq saxladı, səhnədə bığlarını qırxdırdı - (Video)
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib (Foto)
-
"Mançester Siti"nin tarixində rekord satış: 88 milyona “Tottenhem”ə keçdi
-
Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir
-
İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir
-
Prezident: Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır
-
Azərbaycan Prezidenti: Bu, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir
-
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
-
Prezident: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır
-
Növbəti 4 gündə hava "od tutub yanacaq" - Proqnoz
-
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - (Foto)
-
Direktor olmaq istəyənlərin diqqətinə
-
Daşkəsəndə sel suları: İri qaya parçaları kəndin yolunu bağladı - (Foto)
-
Avqustda sosial yardımların veriləcəyi tarix açıqlandı
-
Mais Nəsirova yüksək vəzifə verildi
-
Şəmkirdəki qəzada yaralanan 5 yaşlı uşaq ölüb





