Hava

Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb

28 İyun 2020 12:29
Baxış: 2 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 28-i səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, düşən yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub. Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.

Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.