Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosu ayrı-ayrı bölgələr üzrə yanvarın 4-nə olan hava proqnozunu açıqlayıb.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında
Arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında
Gün ərzində arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-4° isti olacaq.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərzilərdə qar yağacağı ehtimalı var.
Axşam tədircən kəsiləcək.Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Arabir yağıntılı olacağı , bəzi yerlərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-8° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-4° isti olacaq. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Milli.Az