Hava

Qar yağır, yağış intensivləşir - FAKTİKİ HAVA

27 Mart 2026 10:00
Baxış: 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, Şahdağa isə qar yağır.

Xidmətdən Milli.Az-a verilən məlumata əsasən, qarın hündürlüyü Şahdağda 1 sm-dir.

Düşən yağıntının miqdarı Astarada 13, Lerikdə 9, Cəbrayıl, Şahbuzda 7, Yardımlı, Lənkəran, Beyləqanda 6, Daşkəsən, Ağdam, Biləsuvar, Ordubadda 4, Tərtərdə 3, Goranboy, İmişli, Göygöl, Bərdə, Gədəbəy, Naftalan, Culfa, Naxçıvan, Şərurda 2, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Şamaxı, Xızı, Quba, Qusar, Zərdab, Neftçala, Şabran, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Salyan, Sədərək, Gəncə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Hacıqabul, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 21 m/s-dir.

Bakıda və Abşeron yarımadası, Daşkəsən, Göygöl, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.