Hava

Bakıda 32, bölgələrdə 35 dərəcə isti olacaq - PROQNOZ

25 İyun 2023 12:49
Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.