Hava

Güclü cənub-qərb küləyi olacaq - PROQNOZ

21 Fevral 2023 13:03
Baxış: 2 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.