Hava

Bakıda əsasən yağmursuz, rayonlarda isə... - Sabahın HAVAsı

29 Dekabr 2022 12:31
Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.