Hava

32 dərəcəyədək isti olacaq

13 Sentyabr 2022 13:15
Baxış: 3 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-10° isti, gündüz 12-17° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.