Hava

Güclü külək əsəcək, çaylarda daşqın və sel olacaq - XƏBƏRDARLIQ

20 Aprel 2022 19:37
113 Şərh     Baxış: 4 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əvvəldən xəbər verildiyi kimi bu gün axşam saatlarından başlayaraq aprelin 21-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şamaxı və Göygöldə yerləşən dopler radar məlumatlarına əsasən ölkənin şimal və qərb rayonlarında yağıntıların intensiv olması nəticəsində bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçməsi ehtimal olunur".

Bunu Milli.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yaxın saatlarda şimal küləyinin sürəti saniyədə 25-30, gecə saatlarında isə 33 metrədək güclənəcək: "Bəzi rayonlarda da güclü külək müşahidə olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.