Hava

Sabahın HAVAsı

17 Fevral 2022 12:51
5 Şərh     Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.