Türkiyə

Öcalanın təlim keçdiyi PKK-nın rəhbərlərindən biri məhv edildi

10 Noyabr 2021 20:18
Baxış: 1 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PKK/KCK terror təşkilatının Mərkəzi Komitəsinin üzvü "Emine Erciyes" kod adlı Nazlı Taşpınar məhv edilib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışda olan Nazlı Taşpınar Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın Qara ərazisində birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib.

O, PKK-nın ən yüksək səviyyəli idarəçiliyində təmsil olunub. Terror təşkilatının lideri Abdullah Öcalan 1994-cü ildə PKK-ya qoşulan N. Taşpınara şəxsən təlim keçib.

N. Taşpınar Türkiyəyə qarşı törədilən terror aktlarını istiqamətləndirib, xüsusilə qadın terrorçuların hazırlanmasında mühüm rol oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.