Türkiyə

Balaca qız açılış lentini Ərdoğandan əvvəl kəsdi, gündəm oldu - VİDEO

29 Oktyabr 2021 16:16
0 Şərh     Baxış: 2 359
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin paytaxtı Ankarada Millət Baxçasının açılışı zamanı maraqlı anlar yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ənənəyə uyğun olaraq, açılışda lent kəsmə mərasiminə dövlət rəsmiləri ilə yanaşı, azyaşlı uşaqlar da qatılıb.

Prosesdən öncə dua edilib. Dua edilən zaman isə balaca qız əlindəki qayçıyla lenti hamıdan qabaq kəsib. Təşkilatçılar yeni lent gətirmək məcburiyyətində qalıb. Azyaşlı bu dəfə də lenti yarıya qədər kəsib.

Sonda çıxış yolu olaraq balaca qızın əlindən qayçı alınıb. Amma bu da azyaşlını dayandıra bilməyib. O, yarıda qoyduğu işi əlləriylə tamamlayaraq lenti qoparıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.