Dünya

Nikola Sarkoziyə “Liviya işi” üzrə 5 il həbs cəzası verilib

25 Sentyabr 2025 15:22
Baxış: 346
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Milli.Az Fransanın "BFMTV" telekanalına istinadla məlumat yayıb.

Sarkozi 2007-ci il prezident seçkiləri zamanı Liviya lideri Müəmmar Qəddafinin rejimindən qanunsuz şəkildə maliyyə dəstəyi almaqda təqsirli bilinib.

Məhkəmə onu "Liviya işi" üzrə aparılan istintaq çərçivəsində passiv korrupsiya, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və dövlət vəsaitlərinin mənimsənilməsində iştirakla ittiham edib.

"Le Monde" qəzeti isə yazır ki, məhkəmə Sarkozini yalnız əsas ittiham üzrə təqsirli bilib və digər maddələr üzrə bəraət verib.

Hazırda məhkəmə sabiq prezidentin faktiki olaraq həbsə göndərilib-göndərilməyəcəyi barədə yekun qərar verməyib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.