Siyasət

Deputat: Azərbaycan xüsusi diqqətlə yanaşdığı ekoloji problemlərin həlli bütün dünya üçün vacibdir

25 Sentyabr 2025 14:30
Baxış: 268

Ekoloji problemlərin həlli bütün dünya üçün eyni dərəcədə vacibdir və Azərbaycan bu sahəyə xüsusi diqqət edir. Biz azad edilmiş əraziləri yaşıl enerji zonası elan etdik, hazırda Qarabağda və Şərqi Zəngəzurda Günəş, su elektrik stansiyalarının tikintisi üzrə layihələr icra edilir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanın ekoloji siyasət sahəsində əldə etdiyi nailiyyətlər bütün dünya üçün nümunədir. "Birləşmiş Krallıqla birgə bu sahədə əməkdaşlığı genişləndirmək gələcək çağırışlar üçün vacibdir. İki ölkənin strateji tərəfdaşlığı qarşılıqlı etimad çərçivəsində davam edir. 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqu isə enerji, ekologiya, təhsil və mədəniyyət olmaqla bir çox sahədə yeni əlaqələr yarada bilər. Əminəm ki, bu tədbir əməkdaşlığımızı daha da dərinləşdirəcək, ölkələrimiz, regionumuz və bütün dünya üçün daha təhlükəsiz, ekoloji cəhətdən təmiz və dayanıqlı gələcəyə doğru dəyərli addım olacaq", - deyə deputat əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.