Türkiyə

Şiddətli yağış Türkiyədə bir sıra fəsadlar törətdi - FOTOlar

2 Sentyabr 2021 18:42
0 Şərh     Baxış: 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü yağış və fırtına Türkiyədə bir sıra fəsadlar törədib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şiddətli yağış və fırtına nəticəsində paytaxt Ankarada 3 binanın damı uçub.

Qeyd olunur ki, uçan damların hissələri avtomobillərin üzərinə düşüb və nəticədə 3 maşın yararsız hala qalıb. Bununla yanaşı, fırtına nəticəsində bir məhəllədə elektrik naqilləri də qopub.

Fırtına Ankaranın Hüseyinqazi məhəlləsində yolun kənarındakı ağacları da yerindən qoparıb. Polatlı əyalətində isə güclü yağış səbəbindən sel yaranıb. Sel isə öz növbəsində burada bir neçə ev heyvanının tələf olmasına və yolların su altında qalmasına səbəb olub.

Həmçinin, Karapürçek məhəlləsində yağış nəticəsində evlərə su dolub. Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.