Türkiyə

"Yanan ərazilərimizdə otel, villa istəmirik"

4 Avqust 2021 10:32
0 Şərh     Baxış: 2 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə davam edən meşə yanğınlarında məşhurları narahat edən digər məsələ isə həmin ərazilərdə gələcəkdə otel, restoran kimi obyektlərin tikilmə ehtimalıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Kənan Doğulu "İndiyə qədər meşə yanğınlarından sonra tikilən yerlərdən səhnəyə çıxmağım üçün gələn təklifləri rədd etdiyim kimi, bundan sonra da qəbul etməyəcəyəm" paylaşımını edib.

Murad Boz isə "Gələcəkdə yanan meşələrimizin yerində otel, villa tikilməsini istəmirik. Yenidən ağaclarımızın əkilməsini və orada canlıları görmək istəyirik" yazıb.

Aktrisa Burcu Biricik həmin ərazidə tikilən heç bir yerdə istirahət etməyəcəyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.