Türkiyə

“Bayraktar”ın şöhrəti artır - Daha bir ölkə Türkiyəyə müraciət etdi

29 İyun 2021 11:24
0 Şərh     Baxış: 2 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) şöhrəti getdikcə daha geniş yayılır.

Milli.Az "TRT Haber"ə istinadla xəbər verir ki, artıq Albaniya da ölkənin milli təhlükəsizliyini artırmaq məqsədilə türk PUA-larını əldə etməyə hazırlaşır.

Belə ki, Albaniya parlamenti məhz bu məqsədlə ölkənin hərbi büdcəsinin 8,2 milyon avro artırılması barədə təklifi təsdiq edib.

Qərarın Albaniya DİN rəhbəri Blear Çuçi və yüksək rütbəli hərbçilərin Türkiyəyə səfərinin ardından qəbul edildiyi bildirilib. Səfər çərçivəsində albaniyalı qonaqların "Baykar" hərbi zavodunda olduğu və məşhur "Bayraktar" PUA-ları ilə yaxından tanışlığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.