Türkiyə

"1 milyon azərbaycanlının Türkiyəyə axın edəcəyini gözləyirik"

1 Aprel 2021 17:24
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə və Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etmələri barədə razılaşma qardaş ölkədə böyük rezonans doğurub. Artıq Türkiyənin turizm şirkətləri "Azərbaycandan 1 milyon azəri gözləyirik" deyə bildiriblər.

Milli.Az "sabah" qəzetinə istinadən xəbər verir ki, TÜROFED rəhbəri Sururi Çorabatır xüsusilə İstanbuldakı otellərin rezervasiyasının sürətləndiyini  bildirib.
Azərbaycandan Tükiyəyə turis gətirməklə ixtislaşan Kamran Bağıyev turist sayının 1 milyona çatacağına ümid etdiklərini bildirib.

Azərbaycanlıların alış-veriş turizminə böyük töhfə verdiyini açıqlayan Bağıyev, "Xüsusilə Avropaya gedə bilmədikləri üçün İstanbula böyük bir tələbat var. Azərbaycanlılar adambaşına tək alış-veriş üçün ən azı 1000 dollardan çox pul xərcləyirlər" deyib.

Kamran
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.