Türkiyə

Türkiyə turizm mövsümünü təxirə salır

12 Mart 2020 16:49
0 Şərh     Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə hökuməti koronavirusa görə turizm mövsümünün başlanğıcını martdan aprelin sonlarına təxirə salır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkədaxili hotellər və turizm şirkətlərinə təklif verilib.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy turizm şirkətlərinə ölkəyə səfərlərin təşkilinə aprelin 15-dən sonra başlamağı tövsiyə edib.

Ticarət naziri Ruhsar Pekcan Türkiyədə keçirilən bütün beynəlxalq sərgilərin aprelin sonuna qədər təxirə salınacağı bildirib.

Türkiyə Avropada geniş miqyasda yayılmış koronavirusun bu ölkənin ərazisində yoluxma hallarının artmasına təsir edəcəyindən ehtiyatlanır.

Xatırladaq ki, martın 11-də Avropadan ölkəsinə qayıdan Türkiyə vətəndaşında koronavirus aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.