Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adnan Oktar və digər 226 təqsirləndirilən şəxsin ittiham olunduğu məhkəmə prosesi Silivridə başlanıb.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, cəsusluq, cinayətkar dəstə qurmaq, şantaj və cinsi istismarın da aralarında olduğu 32 fərqli ittihamla məhkəmə qarşısına çıxan Adnan Oktar ilk ifadəsində bütün ittihamları rədd edib. Prokurorun "Sizə xidmət edən şəxslərin maaşlarını necə ödəyirsiniz" sualına Oktar 'Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər" cavabını verib.
Proses Oktarın özünümüdafiəsi ilə başlayıb. A.Oktar özünümüdafiə nitqində fikirlərini ümumiləşdirərək, aşağıdakıları deyib: "Niyə bu cinayətləri edim? Yerli və milli bir insanam. Milliyyətçiyəm. Tam 32 ayrı cinayətdən söhbət gedir. FETÖ əlaqələri ilə bağlı iddialara gəlincə, o, əqli olaraq mənə zidd bir insandır. Təhlükəli bir tip idi. Banklarına pul qoymadıq, qəzetlərini almadıq".
A.Oktarın ifadələri müəyyən fasilələrlə ümumilikdə 4 saat davam edib. Müdafiənin ardınca çarpaz istintaq mərhələsinə keçilib. Bu zaman prokurorun "Mehdi olduğunuzla bağlı müxtəlif eyhamlar vurduğunuz nitqləriniz var. Müdafiəniz zamanı da həbs olunandan sonra dolların bahalaşdığını dediniz. Bunları təşkilatınızı diri saxlamaq üçün deyirsiniz" sualına cavabında Oktar "Mehdi olmadığımla bağlı dəfələrlə and içdim. Belə bir iddiam heç olmadı. Ola da bilməz" deyib.
Oktar, eyni zamanda, prokurorun "Sizinlə maraqlanan, sizə xidmət edən, sizi qoruyan şəxslərin maaşını necə verirsiniz" sualına isə "Qəyyumluq sistemi var. Allahın lütfü üçün edirlər, mən Allahın lütfü üçün yaşamayan bir insanla yaşaya bilmərəm. 65 yaşındayam. Tək bir malım, mülküm, yığılmış pulum yoxdur".
Musavat.com xatırladır ki, sayı 70-dən artıq olan şikayətlər əsasında İstanbul Cümhuriyyət Baş Prorkuroqluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosunun apardığı Adnan Oktar və heyətinə yönəlmiş əməliyyatlar 11 iyul 2018-ci ildə başlanıb. Oktar əməliyyat zamanı Çəngəlköydəki lüks villasına gələn polisləri fərq edincə maşınla qaçmağa çalışıb və polis tərəfindən Sarıyerdı maşını dayandırılaraq, həbs edilib. Əməliyyata ümumən 2 min nəfər polis qatılıb və 235 nəfər saxlanılıb. Dəstənin silahları, zirehli gödəkçələri polis tərəfindən ələ keçirilib. Bununla yanaşı, qrupun şirkətləri və mal varlıqlarına da əl qoyulub.
1999-cu ildə həyata keçirilən ilk əməliyyata rəhbərlik edən, həmin dönəmin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsinin şöbə müdiri Adil Sərdar Saçan məhkəmə iclasından çıxarkən jurnalistlərə aşağıdakıları deyib: "Mənim müşahidə etdiyim odur ki, bu istintaq keçmiş dövrlərdəki istintaq kimi olmayacaq. Məhkəmə olduqca dəqiq hərəkət edir. Oktarın konkret ittihamlara heç bir cavabı yoxdur. 1999-cu ildəki əməliyyatda da yenə eyni şəkildə ifadələr verirdi. Əslində isə İslamdan necə istifadə etdiyini danışırdı".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Mert Günok Türkiyə millisindən ayrıldı
XƏBƏR LENTİ
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir





