113 il gecikən Vətən həsrəti: Əsir əsgərlərin məktubları nəvələrinə çatdırıldı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Balkan müharibələri və Birinci Dünya müharibəsi zamanı əsir götürülən türk əsgərlərin ailələrinə yazdığı məktublar 113 ildən sonra sahiblərinin övladlarına və nəvələrinə çatdırılmağa başlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sivas Valiliyi yanında fəaliyyət göstərən Sivas Xatirə Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Türk Qızıl Aypara arxivlərində qorunan, lakin müxtəlif səbəblərdən vaxtında ünvanlarına çatdırılmayan məktublar araşdırılıb.
Məktubların sahiblərinin ailələrini müəyyənləşdirmək üçün əhali qeydiyyatları və qəbiristanlıqlardakı məlumatlar araşdırılıb. Sivas Xatirə Mərkəzinin rəhbəri Yaşar Abanus, tarix tədqiqatçısı Ömər Gül və Cümhuriyyət Universitetinin müəllimi Turqay Kuralın apardığı araşdırmalar nəticəsində əsgərlərin sağ qalan qohumları müəyyən edilib.
Layihə çərçivəsində Sivasdan olan 180 əsgərin məktubları arxivlərdən çıxarılaraq ailələrinə təqdim olunur.
Məktublardan biri Balkan müharibəsində əsir düşən Qazi Mehmedə aid olub. Sivas valisi Yılmaz Şimşək Qazi Mehmedin sağ qalan övladlarını ziyarət edərək ailəyə 113 il əvvəl yazılmış məktubu təqdim edib.
Ulaş rayonunun Baharözü kəndində yaşayan 103 yaşlı Hacı Mehmet Subaşı, Altınyayla rayonunun İbicek kəndində yaşayan 84 yaşlı Vahap Subaşı və 90 yaşlı Fidan Subaşı illər sonra atalarının müharibə illərində yaşadıqları ilə bağlı mühüm tarixi sənədi əldə ediblər.
Sivas valisi Yılmaz Şimşək layihənin tarixi əhəmiyyətini vurğulayıb. O bildirib ki, məqsəd əsir düşən əsgərlərin yaşadıqlarını və ailələri ilə əlaqələrini gələcək nəsillərə çatdırmaqdır.
Valinin sözlərinə görə, məktublar Sivas Xatirə Mərkəzinin arxivinə daxil edilib və onların əsasında kitab da hazırlanıb.
Layihə çərçivəsində sənədli filmlərin hazırlanması da planlaşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
113 il gecikən Vətən həsrəti: Əsir əsgərlərin məktubları nəvələrinə çatdırıldı - (Foto)
-
Ukrayna səfiri Türkiyə XİN-ə çağırıldı
-
Fethiyedə meşə yanğını şəhər mərkəzinə yaxınlaşır - (Foto)
-
Türkiyədə rusiyalı turist taksidə doğdu: Uşağın adını Bodrum qoydular - (Video)
-
Gözlənilməz olay: Fatih Tekke canlı yayımda istefa verdi - (Video)
-
Türkiyədə kəndçilər dəliyə döndü - Fındıq ağaclarını baltaladılar - (Video)
XƏBƏR LENTİ
-
Boşanıb, ayrıla bilməyən məşhurlar
-
113 il gecikən Vətən həsrəti: Əsir əsgərlərin məktubları nəvələrinə çatdırıldı - (Foto)
-
Zolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş
-
“İstəyirəm ki, sinəm məndən əvvəl otağa girsin” - (Foto)
-
Toyda qayınana gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər təəccüblənir
-
363 minə ev aldı, mənzilə həbs qoyuldu - (Video)
-
İki yaşlı uşaq hovuzda boğulub öldü
-
""Qızıl top" 3-4 oyunçuya verilməlidir, onlar da "Real"dadır" - Mourinyo
-
Cem Yılmaz reanimasiyaya yerləşdirildi - Yenilənib
-
Günün qoroskopu: Romantik münasibətinizə yeni abu-hava gələcək
-
"Manset.az"ın ofisi yandı - (Video)
-
Dambrauskas: "Heç kimdən çəkinmirik" - (Video)
-
Könül Kərimovanın qızı boşanıb
-
Azərbaycanlı sürücülər sərhəddə qalıb - 100 minlik məhsul xarab oldu - (Video)
-
Vüqar Biləcəri kimdir? - Sonuncu zəngində onun adını çəkərək ağlayıb
-
Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi - (Video)
-
Azər Qəribovun oğlu nişanlandı - (Video)
-
Bakıda obyektdə yanğın baş verib - (Foto)
-
"İmişli" "Şəfa"ya qalib gəldi, "Qəbələ" - "Şamaxı" matçında heç-heçə
-
Şəhidin həyat yoldaşı və qızı tələbə olub - (Foto)
-
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb - (Foto)
-
Dünyanın ən yaraşıqlı kişiləri bu ölkədə yaşayır
-
380 kiloqramdan 110 kiloqrama düşdü - tanınmaz haldadır - (Foto)





