"Forbes" jurnalının 2026-cı il Milyarderlər Siyahısına əsasən, Türkiyənin ən varlı 10 iş adamının adları açıqlanıb.
Milli.Az xəbər verir ki, siyahıya 5,3 milyard dollarlıq sərvətlə Murat Ülker başçılıq edir.
Bu il siyahıda ən diqqətçəkən dəyişikliklərdən biri müdafiə sənayesində fəaliyyət göstərən Baykar şirkətinin İdarə Heyətinin sədri "Selçuk Bayraktar"ın ilk 10-luğa daxil olmasıdır. Yüksək texnologiyalı məhsulların, xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) ixracının artması şirkətin dəyərini yüksəldib. "Forbes"in məlumatına görə, Selçuk Bayraktarın xalis sərvəti 2,7 milyard dollara çatıb. O, Baykar şirkətinin 52,5 faiz payına sahibdir.
Müdafiə və aerokosmik sahədə qlobal tələbatın artması Bayraktar ailəsinin ümumi sərvətinə də müsbət təsir göstərib. Şirkətin baş direktoru Haluk Bayraktarın sərvəti isə 2,4 milyard dollar olaraq qiymətləndirilir.
Türkiyənin ən varlı 10 iş adamı
Murat Ülker - 5,3 milyard dollar
Şaban Cemil Kazancı - 5,1 milyard dollar
Erman Ilıcak - 3,7 milyard dollar
Feridun Geçgel - 3,4 milyard dollar
Ferit F. Şahenk - 3,1 milyard dollar
Semahat Sevim Arsel - 3,1 milyard dollar
Filiz Şahenk - 2,9 milyard dollar
Mustafa Rahmi Koç - 2,7 milyard dollar
Selçuk Bayraktar - 2,7 milyard dollar
Mehmet Sinan Tara - 2,5 milyard dollar
Milli.Az





