Türkiyə

Türkiyədə 6 nəqliyyat vasitəsi toqquşdu - 1 ölü, 31 yaralı - VİDEO

23 Fevral 2026 15:11
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ərzurum vilayətinin Aşkale rayonunda sıx duman səbəbindən iki ayrı zəncirvari yol qəzası baş verib. 

Milli.Az xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 1 nəfər ölüb, 31 nəfər yaralanıb.

İlk qəza Ərzurum-Aşkale avtomobil yolunda qeydə alınıb. Sərnişin avtobusu, yük maşını, mikroavtobus, tikinti texnikası, minik və kommersiya nəqliyyat vasitələrinin iştirakı ilə baş verən toqquşma nəticəsində 27 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə şəhərdəki xəstəxanalara çatdırılıb.

Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı AFAD, səhiyyə, yanğınsöndürmə, polis və jandarma qüvvələri cəlb olunub. Qəza səbəbindən yol bir müddət nəqliyyat üçün bağlanıb.

Həmin gün eyni magistral yolda ikinci zəncirvari qəza da baş verib. İlkin məlumata görə, sərnişin avtobusu və iki yük maşınının iştirakı ilə qeydə alınan hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hər iki qəza səbəbindən Ərzurum-Ərzincan avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.