Ukrayna lideri Volodimir Zelenski Avropadan Ukraynada müqaviləli ordunun maliyyələşdirilməsini istəyib.
Milli.Az xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa ölkələri səfərbərlik modelindən müqavilə sisteminə keçidi maliyyələşdirə bilərlər.
Zelenski qeyd edib ki, Rusiyada hərbçilərə müqavilə imzalayarkən ödəniş edilir. O bildirib ki, Ukrayna da eyni qaydada hərəkət etmək istərdi, lakin bunun üçün kifayət qədər vəsait yoxdur.
"Avropalılar məhz bu məsələdə kömək edə bilərlər. Bu proqram hələ ki, Avropa tərəfindən maliyyələşdirilmir", - deyə Ukrayna prezidenti vurğulayıb.
Ayxan
Milli.Az





