Türkiyə

Türkiyədə 12 yaşlı şagird direktorunu tüfənglə vurdu - ANBAAN VİDEO

22 Dekabr 2025 15:03
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mersinin Anamur rayonunda yerləşən Rüştü Kazım Yücelen orta məktəbində 12 yaşlı şagird məktəb direktoru Ender Karaya tüfənglə atəş açaraq ağır xəsarət yetirib.

Milli.Az xəbər verir ki, hadisənin səbəbi direktorun bir gün əvvəl məktəbə elektrik velosipedi ilə gələn şagirdə xəbərdarlıq etməsi ilə bağlıdır.

Dəhşətli anlar məktəbin təhlükəsizlik kameralarına düşüb. Ağır yaralanan direktor Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb və vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra şagird və atası saxlanılıb, məktəbdə dərslər bir gün dayandırılıb.

Jandarma araşdırmaları davam etdirir.

Fidam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.