Türkiyə

Türkiyədə cinayət təşkilatına qarşı ƏMƏLİYYAT - Azərbaycan polisi də daxil oldu

14 Noyabr 2025 14:57
Baxış: 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə 5 beynəlxalq narkotik mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən "Orkinos-Bulud 2" əməliyyatı çərçivəsində 138 şübhəli saxlanılıb. 

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya xəbər yayıb.

Nazirin sözlərinə görə, Təhlükəsizlik Baş İdarəsi və İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə 5 aylıq istintaq nəticəsində 22 vilayətdə genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatdan əvvəl Azərbaycan,Hollandiya, İran, Estoniya, Sloveniya, Qırğızıstan, Böyük Britaniya, Panama və Yunanıstan polis orqanları ilə məlumat mübadiləsi aparılıb.

Yerlikaya bildirib ki, hədəf alınan cinayət şəbəkələri "cinayət təşkilatı qurmaq", "narkotik vasitələrin qanunsuz dövriyyəsi" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə şübhəli bilinirlər.

Nazir əməliyyat zamanı şəbəkələrin məsuliyyət daşıdığı 18 ton 129 kq müxtəlif narkotik maddənin və 1 milyon 290 min ədəd stimullaşdırıcı həbin müsadirə edildiyini bildirib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.