Türkiyə

Türkiyə hərbi təyyarəsinin bütün ekipaj üzvləri tapıldı

13 Noyabr 2025 12:07
Baxış: 510
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gürcüstan ərazisində qəzaya düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsində həlak olan 20 hərbçinin meyitləri aşkarlanıb.

Milli.Az xəbər verir ki, məlumatı bölgədə çalışan "A Haber" telekanalının müxbiri yayıb.

Hadisə ilə bağlı ilkin məlumata görə, təyyarə Gürcüstanın Xolaqiri monastırının yaxınlığındakı dağlıq ərazidə qəzaya uğrayıb. Qalıqlar dik yamaclara səpələndiyi üçün axtarış işləri uzun müddət davam edib və ilk olaraq ərazidə yaşayan sakinlər tərəfindən müşahidə olunub.

Gürcüstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı aviasiya təhlükəsizliyinin pozulması ehtimalı üzrə cinayət işi açıb. Qəzanın araşdırılması Türkiyə və Azərbaycanın aidiyyəti qurumlarının dəstəyi ilə birgə şəkildə aparılır.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.