Ölkə

Bu halda məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil - Nazir

13 Noyabr 2025 14:29
Baxış: 464
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İxtisarla bağlı deyə bilərəm ki, bu yəqin ki, davam edəcək. Burada bizim yanaşmamız ixtisar yox, səmərəlilikdir".

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Çünki 5-10 nəfər şagirdin olduğu məktəbdə keyfiyyətli təhsil vermək mümkün deyil. Bütün məktəbdə 10 nəfər şagird, bir sinifdə isə 2 şagird varsa, ona necə musiqi, xor dərsi keçək? Bu uşağın məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Bizim işimiz təhsilin keyfiyyətidir", - nazir qeyd edib./"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.