Türkiyə

Türkiyədə ardıcıl 4 zəlzələ oldu

13 Noyabr 2025 09:28
Baxış: 323
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Balıkesirin Sındırgı rayonu bu gün səhər saatlarında ardıcıl zəlzələlərlə sarsılıb.

Milli.Az xəbər verir ki, AFAD-ın məlumatına görə, saat 06:16-da bölgədə 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanın 12,31 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Bu zəlzələdən cəmi 4 dəqiqə sonra, saat 06:20 və 06:21-də Sındırgı mərkəzli 4,2 maqnitudalı iki artçı zəlzələ daha olub. Artçıların dərinliyi müvafiq olaraq 7 və 7,89 kilometr ölçülüb. Saat 07:45-də isə bölgədə 4 bal gücündə daha bir təkan qeydə alınıb.

Zəlzələlər ətraf vilayətlərdə də hiss olunsa da, ilkin məlumata görə hər hansı ciddi dağıntı və ya xəsarət halları qeydə alınmayıb.

Qeyd edək ki, Sındırgı 10 avqust və 27 oktyabrda baş verən 6,1 bal gücündə zəlzələlərdən sonra " Təbii Fəlakət Bölgəsi" elan olunub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.