Ölkə

Saytlara maliyyə yardımı 3 mindən 5 min manata qaldırıldı

13 Noyabr 2025 12:25
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onlayn media subyektlərinə maliyyə dəstəyinin məbləği artırılıb.

Milli.Az xəbər verir ki, bu gün Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə dəstək üçün müsabiqə elanında bildirilib ki, yekunda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 5000 manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanacaq.

Qeyd edək ki, əvvəllər bu məbləğ 3000 manat təşkil edib.

Bundan başqa, digər dəyişikliyə əsasən, onlayn media subyektinin bu dövr ərzində müvafiq dörd nəfər işçinin hər birinin əməkhaqqının minimum məbləği 800 manat təşkil etməlidir.

Xatırladaq ki, daha əvvəl üç işçinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.